AQRAR UNİVERSİTETDƏ QİYABİ TƏHSİL FORMASININ İMTAHANLARI BAŞLADI

     

      Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi təhsil formasının birinci kurs tələbələrinin ikinci çağırış imtahan sessiyası başlayıb. Altı gün davam edəcək imtahanın şəffaf və normal keçməsi üçün də hər şərait yaradılıb. Suallar tələbələrə nəzərdə tutulan vaxtda verilib, akademik məsləhətçilər cədvələ uyğyn məşğələlər təşkil ediblər.

       İmtahandan bir həftə əvvəl universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tələbələrlə görüşüb, onların qayğıları, çətinlikləri ilə maraqlanıb. Bildirib ki, imtahandan yüksək qiymət almaq üçün tələbələrə bütün şərait yaradılıb.

     İmtahana buraxılan 148 tələbənin hamısı yaradılan şəraiti dəyərləndirir və sualları düzgün cavablandıraraq imtahan başa çatan kimi topladığı balı öyrənirlər. Gündə bir imtahan olmaqla imtahanlar 6 günə yekunlaşacaq.

      Demək yerinə düşər ki, riyaziyyat, fizika, kimya istisna olmaqla bütün ixtisas fənlərindən tələbə 50 sual cavablandırmalıdır.