Mələk Çakmak ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən 1-ci Beynəlxalq Yay Məktəbində növbəti mühazirə “Qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rolu” mövzusunda olub. Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, Davamlı İnkişaf Hədəflərinə çatmaqda, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb, diskusiyalar aparıb, tələbələrin verdiyi sualları cavablandırıb.