Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya ADAU-nun “Fəxri Doktoru “adı verilib

11 dekabr 2016-cı il tarixində Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın yekununda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya  Azərbaycan Dövlət Aqrar Universitetinin “Fəxri Doktoru “adının verilməsi ilə əlaqədar universitet  Elmi Şurasının qərarını oxuyub, bu münasibətlə diplom və mantiya təqdim edib.