BEYNƏLXALQ ECDL SERTİFİKAT PROQRAMI ÜZRƏ TEST PROSESİ TƏŞKİL EDİLİB.

  

  

 

14-18 dekabr 2015-ci il tarixlərindəAzərbaycan Dövlət Aqrar Universitetinin iştirak etdiyi ENOTES layihəsi çərçivəsində ADAU-nun ECDL Təlim və Test Mərkəzindəbeynəlxalq ECDL sertifikat proqramı üzrə test prosesi təşkil edilmişdir. Test prosesiAzərbaycan Dövlət Aqrar Universiteti,Qafqaz Universitetivə Litva İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı iləhəyata keçirilmişdir. Test prosesi ADAU-nun ENOTES layihəsi üzrə koordinatoru, aparıcı mühəndis-proqramçı, test komissiyasının sədriE.Verdiyevin rəhbərliyi vəECDL layihəsinin Azərbaycan üzrə koordinatoru, Qafqaz Universiteti Layihələrin idarəedilməsi departamentinin müdiri Ü.Bağırovun iştirakı ilə keçirilmişdir. Test prosesindən əvvəllayihə çərçivəsində aşağıdakı işlər icra olunmuşdur:

1.       ADAU-nun 9 əməkdaşı 6 ölkədə (Polşa, İsveç, Litva, Latviya, İspaniya, Azərbaycan) təşkil edilmiş 7 beynəlxalq və 1 yerli (Qafqaz Universiteti) ECDL və İKT üzrə təlimlərdə iştirak etmişlər.

2.       ADAU-da müasir İKT avadanlıqları ilə təchiz edilmiş regionda yeganə ECDL Təlim və Test Mərkəzi qurulmuşdur.

3.       ECDL sertifikat proqramının 13 moduldan 2 modul üzrə (Təqdimat və Proqressiv Təqdimat) tədris vəsaitli ADAU əməkdaşı tərəfindən yazılmış və nəşr edilmişdir.

4.       ADAU-nun ECDL Təlim və Test Mərkəzi ECDL sertifikat proqramı üzrə təlimlərin keçirilməsi üçün tam tədris vəsaitləri ilə təmin edilmişdir.

5.       ADAU-nun bir əməkdaşı Avropada imtahan verərək beynəlxalq ECDL (European Computer Driving License-Avropanın kompyuterdən istifadəetmə lisenziyası) sertifikatı ilə təltif edilmişdir.

6.       Regionda kompyuter biliklərini beynəlxalq səviyyədə ölçənECDL sertifikat proqramının təbliğatını aparmaq məqsədi ilə adau.edu.az ünvanlı saytda, “Aqrar mütəxəssis” qəzetində məlumatlar dərc edilmişdir. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texniki Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Tibb Kolleci və Gəncə Humanitar Kollecində ECDL sertifikat proqramının təblığatı aparılaraq “Məlumat  günləri” (İnfo days) təşkil edilmişdir.

7.       Layihənin Azərbaycan üzrə koordinatoru olan Qafqaz Universiteti, layihəni maliyələşdirən Avropa İttifaqının Təhsil, Audiovizual vasitələr və Mədəniyyət üzrə İcraedici Agentliyi (EACEA) və layihədə 5 xarici tərəfdaş universitetindən biri olan  Polşanın UTP Elm və Texnologiya Universiteti ADAU-nun ECDL Təlim və Test Mərkəzinin təlim və test həyata keçirmə səviyyəsininmüəyyən etmək məqsədi ilə elektron və yerində monitorinqini həyata keçirmişdir. 

8.       Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texniki Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Tibb Kolleci və Gəncə Humanitar Kollecinin 300 nəfərdən ibarət administrativ, akademik və tələbə heyətinə ECDL sertifikat proqramı üzrə təlimlər keçirilmişdir.Təlimlərin təşkilində məqsəd ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək müasir  təlim metodları üzrə tədris keçmək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati heyətin kadr potensialını yaxşılaşdırmaq məsələlərinin həllinə köməklik etmək idi.

9.       Təlimlərin sonunda ECDL sertifikat proqramı üzrə təlim keçən tələbələr arasında təlimlərin səmərəliliyini müəyyən etmək üçün elektron sorğu keçirilmişdir.

10.    Test prosesində iştirak etmək üçün 300 iştirakçı www.ecdl.az saytında onlayn formada qeydiyyat keçmişdir.

Test prosesi onlayn formada İnformasiya-kommunikasiya texnologiyaları üzrə anlayışlar (Consepts of ICT), Əməliyyat sistemi (Windows 7), Mətn prosessoru (MS Word 2010), Elektron cədvəllər (MS Excel 2010) və Təqdimat (MS Point Point 2010) modulları üzrə keçirilmişdir. Hər bir modul üzrə 36 test sualı təqdim edilmişdir və 45 dəqiqə vaxt verilmişdir. Testin nəticələri ilə test iştirakçıları dərhal monitorda əks olunan məlumatlar vasitəsi məlumatlandırılmışdır. Beynəlxalq tələblərə uyğun minimum 27 test sualını düzgün cavablandıranlar həmin modul üzrə testi uğurla keçmiş hesab olunur və beynəlxalq ECDL sertifikatı ilə təltif olunurlar.

Test prosesin nəticələrinə görə testə iştirak edən iştirakçıların 33%  faiz tələb olunan ballı toplamışdır. Yaxın vaxtlarda həmin şəxslərin beynəlxalq ECDL sertifikatı ilə təltif olunması gözlənilir.