İbrahim Cəfərova Miçurin Dövlət Aqrar Universitetinin fəxri professoru adı verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Rusiyanın Tombov şəhərində yerləşən Miçurin Dövlət Aqrar Universitetin fəxri professoru adına layiq görülüb. 

Fəxri ad 12-ci Ümumrusiya “Bağçılıq günü - 2017” sərgisi çərçivəsində MDB rektorlar şurasının toplantısında verilib. İnkaredilməz həqiqətdir ki, ADAU təkcə Azərbaycan ali təhsil məkanında deyil, onun xaricində də güclü maddi - texniki bazaya malik, hər cür təhsil şəraiti və müasir tələbə evləri olan təhsil müəssisəsi kimi tanınır. Təbii bunlar aqrar təhsilin inkişafına dövlət qayğısının və idarəetmənin düzgün, şəffaf formada həyata keçirilməsinin nəticəsidir. Elə bu səbəbdən də İbrahim Cəfərov fəxri adlara, dövlət mükafatlarına, minnətdarlıq və təşəkkürlərə layiq rektorlardandır. ADAU Miçurin  Dövlət Aqrar Universiteti ilə də səmimi əməkdaşlıq edir, qarşılıqlı şəkildə yeniliklər öyrənilir, təcrübələrdən bəhrələnilir. Bu da kənd təssərrüfatı kadrlarının hazırlanmasına gərəkli töhvələr verir.