Gəncədə Ulu öndərin xatirəsi anılıb

Gəncə şəhər  İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri anım günü ilə əlaqədar  Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, baş meydanda ucalan abidəni ziyarət edibl, əzəmətli abidənin önünə gül dəstələri düzülblər. Dahi şəxsiyyətin on dörd il cismən Azərbaycan xalqından ayrılmasına baxmayaraq bu böyük izdiham bir daha təsdiq etdi ki,  Heydər Əliyev vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi kimi ürəklərdə əbədi yaşayacaq.

Şəhərin digər kollektivləri ilə yanaşı Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi də bir nəfər kimi anım günündə öz vəfa və sədaqət borcunu yerinə yetirib, abidə önünə gül dəstələri qoyublar.

Ulu öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 1993—2003-cü illər də onun planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu sübuta yetirdi. Ümummilli liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin müddətdə Ümumi Daxili Məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi. Ümummilli liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu  öndər strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzaranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair ümummilli liderin başlıca strateji hədəfləri idi. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır. Ümumilikdə, Ulu öndərin Azərbycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi.

2003-cü ildən bəri də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev  istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəyliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir.  Hazırda sözün böyük mənasında doğma Azərbaycanımız 21-ci əsrin nur qapısıdır. Ölkəmiz  zəngin iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.