Gəncə məktəbliləri Aqrar Universitetdə olub

      Gəncə məktəbliləri tez-tez Azərbaycan Dövlət Aqrar Universitetinə gəlir, ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin əlaqəli aparılması ilə yaxından tanış olurlar. Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır. 
     ADAU-nun növbəti qonaqları isə şəhər 5 saylı məktəbin şagirdləri olub, peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə tədris korpuslarına baxıb, universitet haqqında geniş məlumat əldə ediblər. Onlara Universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq lobarotoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar verilib. Şagirdlər anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. Baytarlıq fakültəsindən başlanan ekskursiya zamanı Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.
    Bu ekskursiyalar vasitəsilə şagirdlər erkən vaxtlardan ixtisas seçimində müəyyənlik əldə edir, gələcəkdə özündə hansı təhsil müəssisənin tələbəsi olmaq qənaətini yaradır.