Buraxılış kurs tələbələrinin imtahan sessiyası uğurla davam edir

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetində  imtahanların test üsulu, yazılı və şifahi formada keçirilməsi  müsbət nəticələr verib, tələbələrdən, onların valideynlərindən, ictimaiyyət nümayəndələrindən və dövlət qurumlarından Universitetin elektron səhifəsinə, rektorluğa çoxsaylı  minnətdarlıq məktubları  daxil olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinin tələb­lərinə müvafiq olaraq təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əmr imzalayıb. Əmrə əsasən, 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası bakalavriat səviyyəsinin buraxılış kurslarında aprelin 27-dən mayın 24-dək, digər ixtisasların I, II və III kurslarında, “baytarlıq” ixtisasının IV kursunda, magistratura səviyyəsinin I kursunda iyunun 1-dən iyulun 5-dək müddətdə təsdiq olunan imtahan qrafikləri əsasında keçirilməsi nəzərdə tutulub. 

Bütövlükdə imtahanlar valideynlər, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır.