Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində təlim keçirilib

Bu gün ADAU-nun "Baytarlıq təbabəti və zoomühəndislik" fakultəsində qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimi keçirilib.

Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçarın iştirak etdiyi təlimdə qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili, süni mayalanma və süngərləmə üsulu ilə bala alma və onun əhəmiyyəti barədə geniş məlumat verilib.

Layihənin əsas məqsədi qoyunçuluğun intensiv inkişafı üçün süni mayalanmanı tətbiq və təbliğ etmək, qoyunların məhsuldarlığının yüksəldilməsinə nail olmaqdır.