Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı

Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. Qərara uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetində tədris, təlim-tərbiyə prosesləri və bununla bağlı bütün tədbirlər dayandırılır, o cümlədən qeyd olunan dövrdə keçirilməsi nəzərdə tutulan bütün konfranslar qeyri-müəyyən müddətə təxirə salınır.