Azərbaycan Dövlət Aqrar Universitetində təhsil səviyyəsinin artırılması üçün tədris rus və ingilis dillərində də aparılır.

ADAU-da təhsil səviyyəsinin artırılması üçün tədris nəinki azərbaycan, həmçinin rus və ingilis dillərində də aparılır. Aqrokimya və torpaqşünaslıq kafedrasının dosenti Z.Abdullayeva tərəfindən aqronomluq fakültəsinin II kurs tələbələri üçün keçirilən mühazirə "Torpaq münbitliyinin formalaşdırılmasında orqanizmlərin rolu" mövzusuna həsr edilmişdir. Mühazirə həm məzmun, həm də formasına görə uğurlu olub.