ADAU tələbələrinə yeni idman meydançası hədiyyə edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə prezident İlham Əliyevin ad günü münasibəti ilə daha bir idman meydançası hədiyyə edilib. Açıq havada yaradılan idman meydançasında açılış zamanı fakültələrarası futbol yarışı da keçirilib.

Hər cür şəraiti olan qapalı idman zalları ilə yanaşı bu meydançanın açılışı da tələbələrin böyük sevincinə səbəb olub. Açılış mərasimində universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib ki, dovlətimiz və onun prezidenti cənab İlham Əliyev səmərəli fəaliyyətinin daha çoxunu siz gənclərin sağlam və hərtərəfli formalaşmanıza həsr edib. İndi Azərbaycan gəncliyi çox əlverişli mühitdə yaşayır və gələcəyini qurmaq üçün bütün imkanlara malikdir.

Çıxış edən tələbələrin hər biri yaradılan şəraitdən razılığını bildirib, prezidentin ad günündə ən dəyərli hədiyyəyə sahib olduqlarını dilə gətirib.

Sonda universitetin istedadlılarının iştirakı ilə geniş konsert proqramı nümayiş olunub və fakültələrarası mini futbol yarışması keçirilib. Qalib komandalar fəxri-fərman və hədiyyələrlə mükafatlandırılıb.