ADAU Tələbə Gənclər Təşkilatı " İLİN TGT"-si mükafatına layiq görüldü

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ilin nominasiyalarını təqdim etmək üçün ziyafət tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib.ATGTİ-nin 9 illik fəaliyyətinin tələbələrə yaratdığı fürsətlərdən danışıb, həmçinin bundan sonrakı fəaliyyətdə də yeni sədr və yeni kollektivə uğurlar arzulayıblar. Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Cari ildə region ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrindən TGT-lər arasında fərqləndiyinə görə, tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə "İlin TGT-si" mükafatına Azərbaycan Dövlət Aqrar Universiteti layiq görülüb.Mükafat Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tərəfindən Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədova təqdim olunub.