ADAU-nun rektoru İbrahim Cəfərov Aqrobiznes və idarəetmə fakültəsinin bir qrup tələbəsi ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ənənəsinə sadiq qalaraq tələbələrlə görüşüb, onların istək və arzularını dinləyib, təhsildə daha uğurlu nəticələrə nail olmaq üçün tövsiyyələrini söyləyib.
Bu dəfəki görüşdə Aqrobiznes və idarəetmə fakültəsinin qış imtahanlarından əla nəticə əldə edən 3-cü kurs tələbələri iştirak edib. Tələbələrin təhsil şəraiti, sosial vəziyyəti ilə maraqlanan rektor onların hər birini dinləyib, səmimi və işgüzar söhbət aparıb. Tələbələr tərəfindən səsləndirilən tədrisdən əlavə ingilis dili kurslarının yaradılması təklifinə isə yerindəcə cavab verilib və bu barədə müvafiq quruma sərəncam hazırlanması tapşırılıb.
Gənc müəllimlərdən Elsevər Quluyev,İsa Şəfiyev və Könül Tağıyeva tələbələrə yaradılan təhsil şəraitdən danışıb, onların zamanın tələb etdiyi iqtisadçı kimi yetişməsində bütün imkanların olduğunu söyləyib. 
Görüşün sonunda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov səslənən təklifləri dəyərləndirib, dil biliklərinin vacibliyini vurğulayıb və müasir zamanda praktik əhəmiyyətini qeyd edib. Rektor onu da bildirib ki, bu kurslar uzun müddətdə fəaliyyət göstərəcək və siz tələbələr məzun olana kimi bu xidmətdən bəhrələnə biləcəksiniz.