ADAU-nun rektoru gənc müəllimlərlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə çaılşan gənc müəllimlərlə görüşüb.

Rektor bildirib ki, keçirilən bu  görüşdə məqsəd gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirəsidir. Ən başlıcası universitetin beynəlxalq miqyasda tanıdılmasında gənc müəllimlərin də üzərinə mühüm vəzifələrin düşdüyü bildirilib.

İşgüzar və səmimi keçən görüşdə mövcud problemlər və onların həlli yollarından, bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışılıb.

Sonda gənc müəllimlərin daha mükəmməl işləməsi, keyfiyyətli tədrisə nail olması üçün təkliflər dinlənilib, suallar cavablandırılıb.