ADAU-nun professoru “Həmrəylik” medalına layiq görülüb

ADAU-nun professoru Adil Ramazanova Respublika Veteranlar Şurasının “Veteran Həmrəyliyi” medalı təqdim edilib.

Adil Ramazanov (Adil Ramazan) Aqrar Universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin təcrübəli və ağsaqqal professorlarındandır. Adil Ramazan həm də Gəncə şəhər ağsaqqallar şurasının üzvlərindəndir.

Şair-professor Adil Ramazan səmərəli pedoqoji fəaliyyətinə, fəal ağsaqqallığına görə Respublika Veteranlar Şurasının “Veteran Həmrəyliyi” medalı ilə mükafatlandırılıb. Təqdimat mərasimində çıxış edənlər Adil müəllimin pedoqoji fəaliyyətindən danışıb,bir ağsaqqal kimi ictimai-siyasi fəaliyyətini dəyərləndiriblər.

http://ganjanews.az/2017/10/06/elm/adau-nun-professoru-%E2%80%9Ch%C9%99mr%C9%99ylik%E2%80%9D-medal%C4%B1na-layiq-g%C3%B6r%C3%BCl%C3%BCb.html