ADAU-nun gənc müəllimi Çində keçirilən mötəbər tədbirə dəvət alıb

Hər il dünyanın bir ölkəsində təşkil olunan,  Birləşmış Millətlər Təşkilatının Davamlı Inkişaf Hədəflərinə çatmasına kömək etmək üçün təkliflərin verilməsi və həll  yollarının hazırlanması məqsədlərinə xidmət edən, gənc istedadların bir araya gəldiyi “UNLEASH innovasiya lab.5” cari ilin 5-14 noyabr tarixlərində  Çin Xalq Respublikasının Şenzen şəhərində təşkil olunacaqdır.  Müxtəlif ölkələrdən  seçilmiş,  20-35 yaş arası istedadlı gənclərin fikir mübadiləsi aparacağı tədbirə ölkəmizdən  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev dəvət almişdır. O, universitetdə ən perspektivli gənclərdən biri olmaqla, bir çox beynəlxalq layihələrin iştirakçısı olmuş, iki dəfə ABŞ-ın İllinoys Universitetində tədqiqat aparmışdır. Öz sahəsinin yüksək səviyyəli mütəxəssislərindən olan S.Quliyev universitetin Bitki klinikasına da müvəffəqiyyətlə rəhbərlik edir.