ADAU-dan Xocalı məktəblilərinə hədiyyə

26 fevral 2018-ci il tarixində, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən  Xocalı rayon Təhsil Şöbəsi Kosalar kənd tam orta məktəbinin təmir olunmuş kimya-biologiya kabinəsinin açılışı olub. Açılışda iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Xocalı faciəsinin xalqımızın, bötüvlükdə bəşəriyyətin tarixinin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib. Rektor bildirib ki, bü gün dövlətimizin diqqət və qayğısı sayəsində məcburi köçkünlər, ö cümlədən Xocalı sakinləri üçün müasir yaşayış evləri, məktəblər, bağçalar və digər ifrastruktur obyektləri istifadəyə verilir. Bununla belə, ADAU ailəsi olaraq, Xocalı məktəbliləri üçün bir hədiyyə etməyi özümüzə borc bilirik. Ona görə də məktəbin kimya-biologiya kabinəsinin təmirini, onun müvafiq avadanlıqlarla, o cümlədən kompyuter, proyektor, elektron lövhə, kitablar, dövlət rəmzləri, erməni təcavüzünün nəticələrini əks etdirən lövhə, dünyanın tanınmış bioloq və kimyaçı alimlərinin şəkillərini əks etdirən stendlər və s. ilə təminatını universitet öz üzərinə götürmüşdür.

Məktəbin müəllim heyəti və şagirdləri göstərilən dəstəyə görə rektora dərin təşəkkürlərini bildiriblər.