ADAU-da “Startup Grind Ganja” keçiriləcək

21 noyabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin həmtəşkilatçılığı ilə StatupFest tədbirlər silsiləsi çərçivəsində növbəti “Startup Grind Ganja” keçiriləcək. 

StartupFest - gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyalar, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirir. Tədbir, təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanın ekosisteminə müsbət təsir göstərməyi hədəfləyir. Konfransa, Techstars Startup Fintech, DevopsDays, Fuckup Nights, Product Hunt Meetup, TEDx kimi beynəlxalq tədbirlər də daxildir.

StartupFest çərçivəsində keçiriləcək Startup Grind Ganja tədbiri 1 gün davam edəcək və daha çox innovativ düşüncəli tələbələrin və Gəncə startaplarının təsisçilərinin iştirakını nəzərdə tutur.

Tədbirdə aşağıda qeyd olunan spiker və qonaqlar çıxış edəcəklər:

Tengiz Ağakişiyev - "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla iş üzrə bölmə müdiri, Bakı Mühəndislik Universitetinin Texnoparkının baş mütəxəssisi, Yeni Fikir Startap Müsabiqəsinin texniki eksperti.

Fərrux Rəhimov - Azərbaycan Dövlət Aqrar Universiteti Aqrobiznes və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, Aqrobiznes və menecment kafedrasının assistenti,  BMT-nin Gənclər Məsləhət Şurasının üzvü, “Green Doctor” startapının həmtəsisçisi.