ADAU-da startap müsabiqəsinin qalibləri mükafatlandırılıb

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017-ci ildə elan olunmuş tələbələrin startap layihələrinin müsabiqəsinin qalibləri mükafatlandırılmasına ilə bağlı universitetin tələbə evinin akt zalında tədbir keçirilib. Tələbələri mükafatlandıran universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müsabiqənin qaliblərinin, bütövlükdə iştirakçı tələbələri səmimi qəlbdən təbrik edərək təqdim olunan layihələrin aktuallığı, istehsalat əhəmiyyəti, tələbələrin elmi yaradıcılıq potensialının çox yüksək olduğunu qeyd edib. Vurğulanıb ki, müasir dövrdə dünyada yeni texnologiyaların yaranması və inkişafında universitet tələbələrinin startap layihələrinin rolu durmadan artır. Məhz bu baxımdan ADAU-da innovativ ideyaları olan tələbələrin aşkara çıxarılması, onların layihələrinin dəstəklənməsi qarşıya qoyulmuş ən ümdə vəzifələrdən biridir. Artıq növbəti ildən etibarən startap layihələri üzrə müsabiqələrin sayının və miqyasının, onların reallaşdırılmasına dəstəyin artırılması, prioritet layihələrin aqrar sahədə sahibkarlara təqdim olunması yolu ilə kommersiyalaşdırlması əsas hədəflərdən biri kimi qəbul olunmuşdur. 
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Birinci yer- bakalavriat səviyyəsi “aqromühəndislik” ixtisası üzrə üçüncü kurs tələbəsi Quliyev Hilal Əmrah oğlu-500 manat. “Kənd təsərrüfatı əməliyyatlarının mobil tələbə dəstələri ilə yerinə yetirilməsi” layihəsi
İkinci yer- bakalavriat səviyyəsi “aqronomluq” ixtisası üzrə ikinci kurs tələbəsi Abdullayeva Məhluqə Arzu qızı-300 manat. “Dr.agroweb” layihəsi
Üçüncü yer- magistratura səviyyəsi “mamalıq, ginekologiya və süni mayalanma” ixtisaslaşması üzrə birinci kurs tələbəsi Xıdırlı Sabir Qalib oğlu-200 manat. “Ağıllı süd sağımı” layihəsi. 
Tədbirin sonunda tələbələr çıxış edərək yaradılan şəraitə görə universitet rektoruna təşəkkürlərini bildiriblər.