ADAU-da qiyabi təhsil formasının imtahan sessiyası başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi təhsil formasının 1-ci kurs tələbələrinin birinci çağırış imtahan sessiyası başlayıb. İmtahanın şəffaf və normal keçməsi üçün  hər şərait yaradılıb.

Artıq imtahanın ikinci günüdür. Bu dəfə aqromühəndislik, iqtisadiyyat, muhasibat uçotu və audit, ekologiya ixtisasının tələbələri biliyini sınaqdan çıxarıb. Test üsulu ilə keçirilən imtahan sualları tələbələrə nəzərdə tutulan vaxtda verilib. Tələbələrin müraciətlərini isə akademik məsləhətçilər lazımi səviyyədə cavablandırıb.

42 bal toplayan Nəzrin Ağayeva və Nərmin Əliyeva bildirib ki, ali riyaziyyat fənnindən olan imtahanda tələbə üçün hər şərait yaradılıb, şəffaflıq tam təmin edilib.