ADAU-da iqtisadi mövzuda yarışma keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində “Azərbaycan iqtisadiyyatı” adlı intellektual yarış keçirilib. Yarış 2 fakültə arasında – Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələri arasında keçirilib.

Yarışdan əvvəl təhsil müəssisəsinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova iştirakçılara Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib. İlbəil artan iqtisadi qüdrətimizin aparılan iqtisadi siyasət nəticəsində əldə edildiyini xüsusi vurğulayıb. Daha sonra yarışın iştirakçılarına uğur diləyərək yarışmaya start verilib. Günün ikinci yarısında qaliblər müəyyən edilib. Birinci yerə Aqrar iqtisadiyyat fakültəsinin 4-cü kurs tələbələri “Turan” komandası, ikinci yerə yenə həmin fakültənin 3-cü kurs tələbələri “Demand” komandası, 3-cü yerə isə Aqrobiznes və idarəetmə fakültəsinin 3-cü kurs “Mega brain” komandaları qalib olmub.

Sonda tələbələrə diplom və sertifikart təqdim edilib.