ADAU-da fermerlər üçün növbəti seminar keçirilib

06.02.2018-ci il tarixində saat Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris binasında  fermerlər üçün "İribuynuzlu qaramalın bəslənməsi" mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov çıxış edərək qeyd edib ki, aqrar sahədə heyvandarlıq sahəsinin yeri, heyvandarlığa dövlət dəstəyi, o cümlədən cins mal-qara ilə təchizat, süni mayalanma yolu ilə alınmış buzovlara görə birbaşa maliyyə vəsaitinin ödənilməsi kimi tədbirlər bu sahənin dinamik inkişafı ilə müşahidə olunub.  Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Nazirliyi yanında   Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti  tərəfindən icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində universitetin nəzdində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması məqsədi ilə eksperemental ferma tikilmiş, ferma üçün lazım olan avadanlıq, ləvazimatların və yemin tədarükü həyata keçirilmişdir. Təşkil olunmuş nümunəvi təsərrüfatda baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələri, habelə heyvandarlıqla məşğul olan fermerlər üçün heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani göstərilməsi üçün  geniş imkanlar mövcuddur.

Seminarda müxtəlif istiqamətli qaramalın cins tərkibi və onun yaxşılaşdırılması  yolları,  qaramalın yemləndirilməsi,  qaramalın xəstəliklərinə qarşı müalicə və profilaktiki tədbirlər,  mal əti istehsalı və satışının təşkili məsələləri müzakirə olunub, maldaqlıqla məşğul olan fermerlərin sualları cavablandırılıb.