ADAU-da "Əsrin müqaviləsi"nin 25 illiyi və "Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

ADAU-nun 2 nömrəli Tələbə Evində "Əsrin müqaviləsi"nin 25 illiyi və "Beynəlxalq Sülh Günü” ilə əlaqədar tələbə-gənclərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin Tərbiyə işləri üzrə Prorektoru Aidə Qasımova "Əsrin kontraktı"nın imzalanmasının 25 illiyininin tamam olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin ölkənin çətin durumunda bu addımı atması, Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etməsi Azərbaycan adlı bir dövləti böhrandan xilas etdi. Tədbirdə Ümummilli Liderin ölkənin gələcəyini böyük fədakarlıqla xilas etdiyi qeyd olunub. Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Biz hamımız yaxşı xatırlayırıq ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Prorektor daha sonra "Beynəlxalq Sülh Günü"nün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Aidə Qasımova bildirib ki, "Beynəlxalq Sülh Günü" 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib.Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Daha sonra bildirilib ki, sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Daha sonra tələbələr çıxış edərək öz fikirlərini bölüşüblər. Sonda bu kimi növbəti tədbirlərin işğal olunmuş torpaqlarımızda keçirilməyi arzulanıb.