ADAU-da 5-ci kurs qiyabi təhsil alan tələbələrin imtahanı başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində 5-ci kurs qiyabi təhsil alan tələbələr üçün payız sessiyasının imtahanlarına start verilib. İmtahanlar elektron şəkildə test üsulu ilə aparılır. 200 nəfər beşinci kurs tələbəsi üçün təşkil olunan imtahanlar 5 gün davam edəcək. Imtahanların şəffaf və normal keçməsi üçün də hər şərait yaradılıb. Suallar tələbələrə nəzərdə tutulan vaxtda verilib, akademik məsləhətçilər cədvələ uyğyn məşğələlər təşkil ediblər.

İmtahan prosesini valideynlər, media nümayəndələri də izləyə bilər. İmtahanın ilk günü 66 nəfər tələbə biliyini sınaqdan keçirib.