Muzey

Fəaliyyətə başlama tarixi: 05 may1985-ci il

Profili: Aqrar elmin inkişafı, Cümhuriyyət tarixi, xalqın tarixi-mədəni irsinin,milli məşğulluğunun və maddi mədəniyyət nümunələrinin qorunması və onların təbliği

Muzeyin yerləşdiyi sahə: 7 otaq, 312 kv metr

Toplanmış sənəd və eksponatların ümumi sayı:  252 ədəd.

                 

Muzey mahiyyət baxımı etibarı ilə bir neçə bölmədən ibarətdir, birinci və ikinci otaqlarda Azərbaycan Dövlət Aqrar Universitetinin yaranması, inkişafı, aqrar elmində rolu olan böyük şəxsiyyətlərin həyat və yaradıclığına dair foto-stendlər və kitablar sərgilənir.

Bu stenddə AKTİ -nin (ADAU) ilk alimlərinin foto-şəkilləri sərgilənir.

Bu stenddə AKTİ -nin (ADAU) 50 illik yubileyində H.Əliyevin iştirakını və AKTİ-nin bayrağına “Şərəf Nişanı Ordeni” nişanı sancmasını əks etdirən foto-şəkillər və H.Əliyevin Gəncə şəhərinə səfərləri ilə bağlı olan kitablar nümayiş etdirilir.

Bu stenddə universitetin yarandığı vaxtdan indiyədək çalışmış rektorların foto-şəkilləri və universitetin yubileylərinə həsr olunmuş kitablar nümayiş etdirilir.

Bu stend AKTİ-nin (ADAU) ilk Azərbaycanlı alimlərinin foto-şəkilləri.

Burada ilk Kənd təsərrüfatı alimi H.Zərdabi və ilk ali təhsilli Kənd təsərrüfatı mütəxəssisi N.Vəzirovun fotoları təqdim edilir.

Bu stenddə AKTİ-nin Aqronomluq fakültəsinin (1945-1950) ilk məzunları olmuş görkəmli alimlər H.Əliyev,V.Tutayuk və M.Mustafayevin şəkilləri əks olunmuş rəsm əsəri,foto-şəkillər və onların elmi əsərləri nümayiş etdirilir.

Bu stenddə AMEA-nın həqiqi üzvü, akademik S.Məmmədovanın həyat və  fəaliyyətini əks etdirən foto-şəkillər və elmi əsərləri sərgilənir.

Bu stenddə Böyük Vətən Müharibəsində iştirak etmiş AKTİ müəllimlərinin şəkilləri və onların yazdıqları “Qızıl əsgər” məktubları sərgilənir.

Burada Sosialist Əməyi Qəhrəmanı adına layiq olmuş AKTİ-nin

məzunlarının foto-şəkilləri nümayiş etdirilir.

Burada ADAU-nun elmi nailiyyətlərini əks etdirən nümunələr sərgilənir.

 

                             

Üçüncü otaq Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin tavanda vədivarda gips üzərində oyma və yağlı boya ilə çəkilmiş rəsmləri və N.Gəncəvinin“Xəmsə”-sini özündə əks etdirən kitablar nümayiş etdirilir.

                    

Dördüncü otaqda orta əsrlər və yeni dövrdə Azərbaycan xalqının məişətdə və kənd təsərrüfatında istifadə etdikləri tarixi əşyalar sərgilənir.

               

Beşinci otaq Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri, Daxili İşlər Naziri Fətəli xan Xoyskinin Cümhuriyyətin Gəncə fəaliyyəti zamanı iş otağı olub və bugündə otaq öz orjinallığını qoruyub saxlayır.

               

Altıncı və yeddinci otaqlarda Azərbaycan və Türkiyə  dövlətlərinin

tarixi dostluğuna dair materiallar,foto-şəkillər və universitetə

verilən hədiyyələr sərgilənir.

Muzeyin dəhlizində Kənd Təsərrüfatina aid əyani vəsaitlər nümayiş etdirilir.

 

Ünvan: Ataturk prospekti, 450, İnzibati bina,  Gəncə şəhəri AZ2000

Tel: +99422 256 03 80

e-mail: museum@adau.edu.az

 

Əməkdaşlar: