ERASMUS + akademik mobillik proqramı

ERASMUS + akademik mobillik proqramı

Erasmus + ali təhsil, peşə təhsili, gənclərə dəstək və idman sahələrində əməkdaşlığı dəstəkləyən Avropa İttifaqı proqramıdır.

Ümumi

Milli Erasmus + Ofis Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarınin dəstəyi ilə ERASMUS + Proqramıni həyata keçirir. NEO Azərbaycanda təhsil siyasətinin inkişafını , xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxindan izleyir.
Erasmus+ proqrami çərçivəsinde (ali) təhsilde AI əməkdaşlıq fəaliyyətinə uyğun olaraq AB nümayəndəliyi ile yanaşı , NEO bütün iştirakçılar ,potensial müraciətçilər (ərizəçilər ) və digər maraqli tərəflər üçün ölkədə fokus nöqtəsidir.
Erasmus + ofisin vəzifələri bütünlükde aşağıdakıları əhatə edir : tərəfdaş ölkələrlə ali təhsildə əməkdaşlığa istiqamətlənən Erasmus + fəaliyyəti ile bağli dəstək, təşviq, monitorinq ve yayılma fəaliyyətləri (Əsas Fəaliyyətlər 1, 2 və 3).

Ümumi məqsədləri

AB Erasmus + program üzre ali təhsil ve onun təbliği haqqında məlumatın yayılması, programın beynəlxalq komponentinin artan təsiri vasitəsilə Azərbaycanda Erasmus + təhsil layihələrinin effektiv həyata keçirilməsi.

Xüsusi məqsəd

Erasmus + proqramının beynəlxalq ali təhsil səviyyəsində həyata keçirilməsində Avropa Komissiyası, EACEA, AB heyəti və Azərbaycan hakimiyyət orqanlarına köməklik göstərmək.
Azərbaycanda Tempus IV proqramı (2007-2013) çərçivəsində seçilmiş , davam etmekde olan layihələrin nəticələrinin tətbiqi və yayılmasına dəstək ve nəzarət etmək.

ERASMUS + proqramının beynəlxalq ali təhsil ölçüsüne daxildir :

Əsas Fəaliyyət 1:

– Proqram ölkələrində Milli təşkilatlar tərəfinden kredit mobilliyinin idarə olunması .

– EACEA tərəfindən idarə olunan birgə magistr dərəcə ilə dərəcə mobilliyi (davam etməkdə olan Erasmus Mundus birgə magistr və doktorantura proqramları)

-Kredit mobilliyi (keçmiş Erasmus) üzv dövlətlərin Milli Agentliyi tərəfindən əlaqələndirilir.

Əsas Fəaliyyət 2 :

– Qonşu ölkələr və Qərb Balkanlar üçün mobilliyi ehtiva edən Kadr Potensialının Gücləndirilməsi fəaliyyəti.

– Tərəfdaş ölkənin iştirakı üçün açıq olan Bilik Alyanslar ve Strateji Əməkdaşlıq..

Əsas Fəaliyyət 3 :

– Ali təhsil islahatı ekspertlər qrupları

– Tərəfdaş ölkə / regionlar ilə komissiyanın təhsil siyasəti dialoqları

– Araşdırmalar

– Tərəfdaş ölkələrdə Erasmus + Məzunlar Asossiasiyasının regional bölmələri

Jean Monnet Fəaliyyəti

Azərbaycan üçün mümkun olan digər fəaliyyət növləri .

NEO ilə əldə edilən nəticələr:

– Potensial müraciətçiler və ümumiyyətlə ali təhsilde maraqlı tərəflər üçün Erasmus + haqqında məlumatlandırılmanin təkmilleşdirilməsi

– Müraciət və benefisiarlara yüksek keyfiyyətdə kömək göstərmək
– Avropa Komissiyası və EACEA sorğularına, xüsusilə də seçim prosesi kontekstində məsləhətləşmələrin həyata keçirilməsi mərhələsində vaxtinda cavab ve töhvə vermək. Layihələr və (Tempus IV proqramı 2007-2013 o cümlədən) layihə nəticələrinin yayılmasına nəzarət
– Tərəfdaş ölkə Ali Təhsil İslahatı Ekspertlər komandasına güclü dəstək.
– Avropa Komissiyası, nümayəndə heyətləri və Milli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edərək Erasmus + cəmiyyət həyatina töhfə vermek.
– Aİ-nin digər ali təhsil təşəbbüsləri haqqında Azərbaycanda informasiya və əldə olunan nəticələrin yayılması.

Şərtlər:
Tələbə xaricdə Erasmus+ ilə təhsil almaq üçün ali təhsil müəssisəsində qeydiyyatdan keçməli və tanınmış dərəcəyə və ya üçüncü səviyyəli bir ixtisasa aparan dərslərə yazılmalıdır. Birinci dövrədəki tələbələr ən azı ikinci kursda təhsil almalıdır.
Erasmus+ ilə xaricdə təhsil almanız üçün göndərən və qəbul edən universitetlər aralarında razılaşma olmalıdır.
Hər iki universitet (Program ölkələri olduqları təqdirdə) Ali Təhsil üçün Erasmus Xartiyasına sahib olmalıdırlar. Tərəfdaş ölkələrdən olan universitetlər (təşkilatlar) müəssisələrarası müqaviləni imzalayarkən Xartiyanın prinsiplərinə sadiq qalırlar.

ERASMUS + akademik mobillik proqramı

Akademik tanınma
Xaricdə təhsil müddətindən əvvəl:
1. Göndərən və qəbul edən ali təhsil müəssisələri xaricdə mübadilənin şəffaf və səmərəli hazırlanmasını təmin etmək, habelə xaricdə müvəffəqiyyətlə tamamlanan fəaliyyətlərin necə tanınacağını razılaşdırmaq üçün Təhsil Müqaviləsi imzalamalıdırlar. Bu sənəd tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir.
2. Tələbəyə xaricdə təhsil müddətilə əlaqədar hüquq və vəzifələrini izah edən Erasmus+ Tələbə Xartiyası veriləcəkdir.
Xaricdə təhsil müddətindən sonra:
1. Qəbul edən ali təhsil müəssisəsi tələbəyə və göndərən təhsil müəssisəsinə razılaşdırılmış proqramın başa çatdığını təsdiqləyən qiymətlər transkriptini təqdim etməli və nəticələri təsdiqləməlidir.
2. Göndərən ali təhsil müəssisəsi mübadilədən əvvəl Təhsil Sazişində razılaşdırılmış kreditləri (ECTS krediti və ya ona ekvivalent sistemdən istifadə edərək) tanımalı və əlavə tələblər olmadan tələbənin dərəcəsinə uyğun saymalıdır.
3. Göndərən ali təhsil müəssisəsi proqram iştirakçısı olan ölkədirsə, mobillik müddəti də Diplom Əlavəsində qeyd olunmalıdır.

ERASMUS + akademik mobillik proqramıERASMUS + akademik mobillik proqramı

Maliyyə dəstəyi
Səyahət və yaşayış xərclərinə qatqı olaraq tələbə Erasmus+ təqaüdü alacaqdır. Bu tələbənin yaşadığı ölkəylə gedəcəyi ölkə arasındakı yaşayış xərclərindəki fərqlərə, təqaüd üçün müraciət edən tələbələrin sayına, ölkələr arasındakı məsafəyə və digər qrantların mövcudluğuna görə dəyişə bilər.

Proqram və Tərəfdaş ölkələr arasında mübadilə üçün qrant səviyyələri və sabit dərəcələr Erasmus + Proqram Bələdçisində dərc edilmişdir.

Tələbə Erasmus+ təqaüdü almasından və ya Erasmus+ sıfır təqaüd tələbəsi olmasından asılı olmayaraq, mobillik müddətini, qrant məbləğini və digər hüquq və vəzifələri göstərən qrant müqaviləsini imzalayır. Proqram ölkələri hüdudlarında tələbənin mobilliyi üçün göndərən təşkilat qrant müqaviləsini imzalayacaq və bütün ödənişlərin həyata keçirilməsinə cavabdeh olacaqdır.

Proqram və Tərəfdaş ölkələr arasında mübadilə edərkən, Proqram ölkəsi təşkilatı qrant müqaviləsini imzalayacaqdır. Göndərən və qəbul edən təşkilatlar/universitetlər tələbənin ödənişlərini hansının ediləcəyinə dair qərar verir.

Erasmus+ tələbəsi təhsil haqqı, qeydiyyat, imtahanlar və qəbul edən universitetdəki laboratoriyalara və kitabxanalara giriş haqqından azad olunur. Sığorta və ya tələbə həmkarlar ittifaqına üzv olmaq üçün kiçik ödənişlər tətbiq oluna bilər.

Tələbə onu göndərən universitet, ölkəsi və ya digər mənbələrdən əlavə qrant almaq hüququna sahib ola bilər. Avropa Maliyyələşdirmə Bələdçisi və ya Tədris Portallarına nəzər salın.

Tələbə Birgə Magistr proqramı üçün təqaüdə və ya iki ilədək magistr dərəcəsi üçün Aİ zəmanətli magistr kreditinə müraciət edə bilər.

Necə müraciət etmək olar?
Tələbə ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr ofisi vasitəsilə müraciət edə bilər. Göndərən ali təhsil müəssisəsi tərəfindən seçimlər ədalətli və şəffaf şəkildə keçirilir.

ERASMUS + akademik mobillik proqramı

ERASMUS + akademik mobillik proqramıERASMUS + akademik mobillik proqramıERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
ERASMUS + akademik mobillik proqramı
Sosial şəbəkələrdə paylaş: