Müasir Heyvandarlıq Kompleksi

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müasir heyvandarlıq kompleksi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” layihəsi çərçivəsində yaradılıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən, 20 baş iribuynuzlu heyvan və 4 baş atın  saxlanılması üçün nəzərdə tutulmuş  kompleksdə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi hər cür şərait mövcuddur. Hər il mütəxəssislərin iştirakı ilə heyvanlar üçün hazırlanmış yem rasionuna uyğun yem tədarük olunur. Kompleksdə maldarlıq tədris mərkəzi, südün ilkin emalı, yem sexi, yem anbarı, su anbarı, sinif otağı, atçılıq tədris mərkəzi, heyvanların gəzintisi üçün meydança mövcuddur.

Fermada istehsal olunan ekoloji cəhətdən təmiz süd məhsulları alıcılara təklif olunur.

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 214.

Tel: 055-224-90-54