Xocalı soyqırımı qan yaddaşımızdır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idaretmə fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Aqrobiznes və idaretmə fakültəsinin dekanı Əlöysəd Əsgərov və Aqrar iqtisadiyyat fakültəsinin dekanı Asəf Qasımov çıxışlarında XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş terror aktları və Xocalı soyqırımından bəhs edib. Bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov Xocalı soyqırımının tarixinə nəzər salaraq, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırıb, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini bildirib.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının dosent əvəzi Samirə Qasımova, müəllimə Türkan Əhmədova tələbələrdən Dəniz Hüseynli, Nəzrin Babayeva çıxışlar ediblər.

Xocalı soyqırımı qan yaddaşımızdırXocalı soyqırımı qan yaddaşımızdırXocalı soyqırımı qan yaddaşımızdırXocalı soyqırımı qan yaddaşımızdırXocalı soyqırımı qan yaddaşımızdırXocalı soyqırımı qan yaddaşımızdır