Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridir

Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin və qardaş Türkiyədə baş verən güclü zəlzələdə həlak olanların xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən olduğunu bildirib və faciə qurbanlarına Allahdan rəhmət diləyib. Z.Qurbanov Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görülən işlərdən danışıb. O deyib ki, illərlə bu soyqırım cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə tarixi ədalət bərpa edilib və şəhidlərimizin qanı yerdə qalmayıb.

Universitetin İctimai elmlər və tarix kafedrasının müəllimi Səbinə Əlizadə çıxışında insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Tədbirdə tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya və sərgi nümayiş olunub, həmçinin soyqırımından bəhs edən videoçarxlar izlənilib.


Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridirXocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən biridir