Vahid Əzizin “Paramparça illər” adlı şeirlər kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli şair və tərcüməçi, Xalq Şairi Vahid Əzizin “Paramparça illər” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Çıxış edən ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov şairin yaradıcılığına dair maraqlı fikirlər səsləndirib.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov şairin yaradıcılığına toxunaraq onun yaradıcılığının müasir gənclərin vətənpərlik ruhunda tərbiyə edilməsində önəmli rol oynadığını vurğulayıb.

Tədbirdə kafedranın müəllimləri Azər Axundov, Sevda Abdullayeva, Çinarə Səfərova, tələbələrdən Dəniz Hüseynli, Tural Məmmədov şairin yaradıcılığı haqqında, xüsusilə onun şerlər kitabı olan “Paramparça illər” haqqında maraqlı çıxışlar ediblər.


Vahid Əzizin “Paramparça illər” adlı şeirlər kitabının təqdimatı keçirilibVahid Əzizin “Paramparça illər” adlı şeirlər kitabının təqdimatı keçirilibVahid Əzizin “Paramparça illər” adlı şeirlər kitabının təqdimatı keçirilib