Türk tələbələrlə növbəti görüş baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə evində bu ali təhsil müəssisəsində təhsil alan türk tələbələrlə görüş keçirilib.

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, Baytarlıq təbabəti fakültəsinin dekanı Famil Nəsibov və bir qrup tələbə iştirak edib.

Görüşün məqsədi qardaş ölkədən təhsil almaq üçün gələn tələbələrin sosial-məişət şəraiti, imtahan prosesi və digər məsələlərlə bağlı fikir və təkliflərini dinləmək olub.

Universitetin rektoru İbrahim Cəfərov türk tələbələrlə görüşlərin mütəmadi keçirildiyini bildirərək bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra tələbələrin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.


Türk tələbələrlə növbəti görüş baş tutubTürk tələbələrlə növbəti görüş baş tutubTürk tələbələrlə növbəti görüş baş tutubTürk tələbələrlə növbəti görüş baş tutubTürk tələbələrlə növbəti görüş baş tutubTürk tələbələrlə növbəti görüş baş tutub