Tələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq, Aqrobiznes və idarəetmə, Aqrotexnologiya və Aqrar İqtisadiyyat fakültələrinin I, II, III və IV kurs tələbələri ilə görüşlər keçirilib.

Tələbələrlə qarşılıqlı diskussiya formasında keçirilən görüşlərin məqsədi tədrisin təşkili prosesində tələbələrin fikirlərinin öyrənilməsi, həmçinin sual və təkliflərinin dinlənilməsi olub.

Çıxış edən Universitetin rektor əvəzi Zəfər Qurbanov tələbələrə dərslərinə məsuliyyətlə yanaşmağı, universitetin aidiyyatı struktur bölmələri ilə sıx təmasda olmağı, ictimai-sosial tədbirlərdə fəallıq göstərməyi və universitet həyatının bütün imkanlarından maksimum faydalanmağı tövsiyə edib. Dövlət və sənaye qurumları ilə işbirliyi, qabaqcıl yerli və xarici universitetlərlə əməkdaşlıqdan bəhs edən Z.Qurbanov bu strateji tərəfdaşlıqların, ilk növbədə, tələbə gənclərin və akademik heyət üzvlərinin bilik, bacarıq və təcrübələrinin artırılmasına hədəfləndiyini diqqətə çatdırıb.

Tələbələr çıxışlarında praktiki vərdişlər üçün daha çox imkanların yaradılması, fermer təsərrüfatlarına səfərlərin artırılması və xarici dil biliklərinin inkişaf etdirilməsi istiqamətində bir çox təkliflər irəli sürüblər.


Tələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilirTələbələrin fikirlərinin dinlənilməsi məqsədi ilə silsilə görüşlər keçirilir