Tələbələr tütün yarpaqlarının son dərimi, yarpaqların ipə yığılması prosesi ilə praktiki tanış olublar
XƏBƏRLƏR
1 631
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində Tütünçülük və pambıqçılıq fənninin laboratoriya dərsi Universitetin Tədris-təcrübə təsərrüfatında keçirilib.
Bitkiçilik kafedrasının müəllimi Gülnarə Abbasova tütün və pambıq sahəsində Aqronomluq fakültəsinin IV kurs tələbələrinə tütün yarpaqlarının son dərimi, yarpaqların ipə yığılması prosesini əyani olaraq göstərib.