Tələbələr Tərtər Aqropark MMC-nin intensiv meyvə bağlarında olublar

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan II kurs tələbələri və bir qrup professor-müəllim heyəti Tərtər Aqropark MMC-də intensiv meyvə bağlarına baş çəkiblər.

Səfər çərçivəsində şirkət nümayəndələri intensiv bağlarda suvarma və mühafizə sistemləri, gübrələmə, yığım, kalibrləmə və s. qulluq işləri haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Tədbirdə tələbələrlə birgə Türkiyənin Ege Universitetinin Ege Tarım Topluluğunun Danışmanı Doç. Dr. Deniz Eroğul, Prof.Dr. Sezai Delibacak, Doç. Dr. Gülsüm Öztürk və ADAU-nun Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov iştirak ediblər.


Tələbələr Tərtər Aqropark MMC-nin intensiv meyvə bağlarında olublarTələbələr Tərtər Aqropark MMC-nin intensiv meyvə bağlarında olublarTələbələr Tərtər Aqropark MMC-nin intensiv meyvə bağlarında olublar