Tələbələr biliklərini “Sabahın iqtisadçıları” yarışında nümayiş etdirib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələr bilik yarışında bir araya gəlib.

Aqrobiznes və idarəetmə və Aqrar iqtisadiyyat fakültələri üzrə Tələbə Elmi Cəmiyyəti və Marketinq kafedrasının təşkil etdiyi elmi mübarizədə hər komandada 6 nəfər olmaqla 24 tələbə ən güclünü müəyyən etməyə çalışıb. 2 mərhələdən ibarət yarışda təhsilalanlar 10-u test formasında olmaqla 30 tapşırığın öhdəsindən gəlmək uğrunda biliklərini nümayiş etdiriblər.

Suallara verilən cavabların düzgünlüyünü hər iki fakültəni təmsil edən müəllimlər qiymətləndiriblər. “Şuşa ili”nə həsr olunan “Sabahın iqtisadçıları” adlı yarışda suallara daha dəqiq və doğru cavab verən “Tax Team” komandasına rəmzi kubok təqdim edilib. Bütün yarış iştirakçıları isə fəxri fərmanla təltif ediliblər.

Yarışda 1-ci yeri "TaxTeam", 2-ci yeri "One direction", 3-cü yeri "Xarıbülbül", 4-cü yeri "Qarabağ" komandaları tutub.


Tələbələr biliklərini “Sabahın iqtisadçıları” yarışında nümayiş etdiribTələbələr biliklərini “Sabahın iqtisadçıları” yarışında nümayiş etdiribTələbələr biliklərini “Sabahın iqtisadçıları” yarışında nümayiş etdiribTələbələr biliklərini “Sabahın iqtisadçıları” yarışında nümayiş etdiribTələbələr biliklərini “Sabahın iqtisadçıları” yarışında nümayiş etdirib