Təhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə 2023-cü il üçün nəzərdə tutulmuş elmi seminar qrafikinə uyğun olaraq ilk seminar baş tutub.

Seminardan əvvəl Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələdə həlak olmuş şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Seminar iştirakçılarını salamlayan ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov belə elmi seminarların keçirilməsinin əhəmiyyətindən bəhs edib və bu kimi tədbirlərin davamlı təşkil olunmasının vacibliyini vurğulayaraq seminar iştirakçılarına uğurlar arzu edib.

Sonra EGE Universitetin professoru Şerafettin Aşık və Türkiyənin “Yuluğ” mühəndislik şirkətinin CEO-su Ömer Yuluğun birgə hazırladıqları “Sulama ve Su Yönetiminde İnnovativ Teknolojiler” adlı seminarları təqdim olunub.

Daha sonra isə Ege Universitetinin Toprak Bilimi Ve Bitki Besleme Bölümünün dosenti Mustafa Tolga Esetlili tərəfindən “Tarım 5.0” adlı seminar baş tutub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Təhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edirTəhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edirTəhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edirTəhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edirTəhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edirTəhsilin keyfiyyətini təkmilləşdirmə istiqamətində seminarlar davam edir