Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları ADAU-da olublar

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, TKTA-nın idarə heyətinin üzvü Emil Xəlilov, Keyfiyyət təminatı departmentinin direktoru İlham Hümbətov, Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov və universitet əməkdaşlarının iştirakı ilə müzakirələr aparılıb.

Sonra təhsildə xarici keyfiyyət təminatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin akkreditasiya qaydaları" barədə məlumat sessiyası baş tutub. Sessiyada ADAU-nun struktur bölmələrinin rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.

Tədbirin sonunda təhsildə keyfiyyətin təminatına dair verilən suallar cavablandırılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları ADAU-da olublarTəhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları ADAU-da olublarTəhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları ADAU-da olublar