Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublar

Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Tehranağa Abdullayev və Ağca Məmmədova tələbə krediti haqqında ətraflı məlumat vermək üçün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Universitetin müxtəlif fakültələrindən olan nümayəndələrin iştirakı ilə görüş keçirən Təhsil Tələbə Krediti Fondunun nümayəndələri tələbə krediti ilə bağlı ətraflı məlumat verərək slayd təqdim ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar fond nümayəndələri tərəfindən cavablandırılıb.

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublarTəhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublarTəhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublarTəhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublarTəhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublarTəhsil Tələbə Krediti Fondunun nümayəndələri ADAU-da olublar