Tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər dinlənilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov tədrisin keyfiyyətini artırmaq üçün zəruri olan avadanlıq və laboratoriyaların qısa müddət ərzində siyahıya alındığını və təmin edilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, tələbələrin auditoriyada aldığı nəzəri bilikləri laboratoriyada və təcrübə sahələrində zənginləşdirməsi onların gələcəkdə müasir tələblərə cavab verən mütəxəssis kimi yetişmələrində əhəmiyyətli rol oynayacaq.

Sonra təkliflər dinlənilib, suallar cavablandırılıb.


Tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər dinlənilib