Tədris-təcrübə təsərrüfatında 16 ton həcmində soyuducu anbar tikilir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında USAID, Özəl Sektorun İnkişafı layihəsinin dəstəyi ilə meyvə-tərəvəzlərin keyfiyyətli saxlanması məqsədilə soyuducu anbarın inşasına başlanılıb.

16 ton meyvə saxlama qabiliyyətinə malik olan anbarda məhsulların keyfiyyətini qorumaqla yanaşı onları 2-3 ay müddətinə olduğu kimi saxlamaq da mümkün olacaq.

Soyuducu anbar məhsulların təcili satışını minimuma endirir. Fermerlərin bazarlardan asılılığı azalır, qiymət dəyişiklikləri kimi amillərdən faydalanmağa imkan yaradır.

Qeyd edək ki, USAID, Özəl Sektorun İnkişafı layihəsi Aqrar Universitet ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatında soyuducu anbarı ilə yanaşı intensiv bağın yaradılması ilə əlaqədar layihələr həyata keçirilməkdədir.

Tədris-təcrübə təsərrüfatında 16 ton həcmində soyuducu anbar tikilirTədris-təcrübə təsərrüfatında 16 ton həcmində soyuducu anbar tikilirTədris-təcrübə təsərrüfatında 16 ton həcmində soyuducu anbar tikilirTədris-təcrübə təsərrüfatında 16 ton həcmində soyuducu anbar tikilir