İsrail səfirinin müavini ADAU-da olub

Bu gün, İsrailin ölkəmizdəki diplomatik missiya rəhbərinin müavini Doron Pe’er Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqla görüşdən məmnunluğunu bildirərək, ADAU ilə İsrail universitetləri arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Rektor Aqrar Universitet ilə İsrail səfirliyi arasında davamlı və səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdən sonra Doron Pe’er ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olub. Biotexnologiya mərkəzində olan qonaq burda qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalara baxış keçirib. Bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.

Universitetlə tanışlıqdan sonra missiya rəhbərinin müavini ali təhsil müəssisəsinin tələbə evində müxtəlif ixtisaslardan olan bir qrup tələbə üçün mühazirə söyləyib.

İsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olubİsrail səfirinin müavini ADAU-da olub