Slovakiya Aqrar Universitetinin bir qrup əməkdaşı ADAU-da olub

Slovakiya Respublikasının Nitra şəhərində yerləşən yeganə kənd təsərrüfatı universiteti olan Slovakiya Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Qonaqlarla görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov hər iki universitet arasında müəllim-tələbə mübadiləsinin vacibliyini qeyd edərək, elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu bildirib.

Həmçinin, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, birgə tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi məsələlər də müzakirə edilib.

Sonra qonaqlar Universitetin zəngin maddi-texniki bazası ilə yaxından tanış olub. Gəncə şəhərinin görməli yerlərinə də baş çəkiblər.


Slovakiya Aqrar Universitetinin bir qrup əməkdaşı ADAU-da olubSlovakiya Aqrar Universitetinin bir qrup əməkdaşı ADAU-da olubSlovakiya Aqrar Universitetinin bir qrup əməkdaşı ADAU-da olub