“RT Consulting” şirkətinin nümayəndələri ADAU tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “RT Consulting” şirkəti arasında imzalanan müqaviləyə əsasən mütəmadi qaydada təlim və təcrübə proqramlarının təşkil edilməsi istiqamətində keçirilən ilk görüş "mühasibat uçotu" ixtisasının sonuncu kurs tələbələri ilə keçirilib.

Görüşdə Mühasibat uçotu və audit kafedrasının baş müəllimi İsa Şəfiyev tərəfindən qonaqlara Azərbaycan Dövlət Aqrar Universitetinin uğurlu təlim - tədris modeli haqqında ətraflı məlumat verilib. Həmçinin, mühasibat uçotu fənnindən həm nəzəri, həm də praktiki biliklərə əsaslanan təhsil siyasəti sayəsində qazanılmış uğurlu nəticələrin olduğu bildirilib. Belə ki, son illərdə xüsusi hazırlıqlı qrup məzunlarının əmək bazarına uyğun yetişdirilməsi istiqamətində icra edilən layihələr nəticəsində ADAU məzunlarının işlə təmin olunma səviyyəsi yüksəlib.

Sonra “RT Consulting” şirkətinin nümayəndələri şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib, yaxın zamanda elan edəcəkləri Təcrübə Proqramına qoşulmaları üçün ADAU tələbələrinə çağırış ediblər. Görüşdə tələbələrin diqqətinə çatdırılan digər məqamlardan biri isə Consulting şirkətlərində çalışan əməkdaşlar arasında ADAU məzunlarının sayının daha çox olması bildirilib ki, məhz “RT Consulting” şirkətində də bu say çoxluq təşkil etməkdədir.


“RT Consulting” şirkətinin nümayəndələri ADAU tələbələri ilə görüşüb“RT Consulting” şirkətinin nümayəndələri ADAU tələbələri ilə görüşüb“RT Consulting” şirkətinin nümayəndələri ADAU tələbələri ilə görüşüb