"Ring the Bell for Financial Literacy" adlı seminar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Maliyyə və İqtisadi nəzəriyyə kafedrasının və Bakı Fond Birjasının 29 noyabr 2021-ci il tarixli memorandumu çərçivəsində 06.10.2022-ci il saat 10:00-da 2 saylı Tələbə evinin akt zalında Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə iştirakı ilə "Ring the Bell for Financial Literacy" adlı seminar keçiriləcəkdir.

ADAU-nun müəllim və tələbələri üçün faydalı olacaq görüşdə Dünya Bankının, Asiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Mərkəzi Bankının və Bakı Fond Birjasının nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıb. Hər il Dünya Birjalar Federasiyası üzvləri olan birjalar ilə birlikdə İnvestorlara dəstək göstərilməsi məqsədi ilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirir.


"Ring the Bell for Financial Literacy" adlı seminar keçiriləcək