Qırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olub

Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də olub.

Görüş zamanı qonağa ADAU barədə ətraflı məlumat verilib. Söhbət zamanı Qırğızıstanın ali təhsil müəssisələri ilə ADAU arasında qurula biləcək əlaqələrin perspektivlərindən danışılıb.

Görüşdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Millət vəkili Musa Quliyev də iştirak edib.

Həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.


Qırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olubQırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olubQırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olubQırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olubQırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olubQırğızıstanın Azərbaycandakı səfiri ADAU-da olub