“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya həyata keçirib. Bununla bağlı 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ərəfəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir təşkil olunub.

Tədbir zamanı universitetin kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edilib. “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.

Mərasimdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, molekulyar mikrobioloq, genetik, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev iştirak və çıxış ediblər. Təqdimat zamanı qəbul imtahanlarında yüksək bal toplayan 4 tələbəyə kitablar və Fond tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə