“Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul olunub

Respublikamızda peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə özündə beynəlxalq tələbləri ehtiva edən AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib.

ABŞ İnkişaf Agentliyinin (USAİD) Özəl Sektorun İnkişaf Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar sahənin iqtisadiyyatı kafedrası tərəfindən hazırlanmış AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı – Qaydalar” dövlət standartı Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa uyğun olaraq qəbul edilmiş, standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna və dövlət reyestrinə daxil edilmişdir.

“Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul olunub