Pambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti “Gəncə -110” “Gəncə - 160” yerli pambıq sortlarının əsasında ekoloji təmiz yeni innovativ texnologiya hazırlayıblar.

Yerli pambıq sortlarının yeni ekoloji təmiz üsulla hazırlanan və Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində universitet tələbələrinin iştirakı ilə səpini aparılıb.

Bildirilib ki, yeni innovativ texnologiyada mövcud texnologiyadan fərqli olaraq cəmi 12 kq toxum sərf olunur və seyrəltmə aparılmır. Təcrübə sahəsində yerli pambıq sortları ilə yanaşı Türkiyənin “Lazer” pambıq toxumu da səpilib.

Səpin prosesində ADAU-nun rəhbərliyi və Türkiyənin Ege Universitetinin bir qrup alimləri iştirak ediblər.

Pambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilirPambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilirPambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilirPambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilirPambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilirPambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilir