Məktəbəqədər yaşlı uşaqlar ADAU-da olublar

Bu gün “Menar Kids School” uşaq tədris və inkişaf mərkəzinin məktəbəqədər yaşlı balacaları Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tanış olublar.

Səfərin məqsədi məktəbəqədər yaşlı balacalarda aqrar sahəyə və kənd təsərrüfatına körpə vaxtlardan marağın oyadılması, gələcəyin mütəxəssislərinin yetişməsi üçün sağlam təməllər atmaqdan ibarətdir.

Qonaqlar Universitetin Baytarlıq fakültəsi, Patoloji anatomiya muzeyi, Anatomiya muzeyi, yeni tədris binası və tələbə parkı ilə tanış edilib.

Universitet əməkdaşları uşaqlara dövlətin həyata keçirdiyi aqrar siyasət və eyni zamanda universitet rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.

Məktəbəqədər yaşlı uşaqlar ADAU-da olublarMəktəbəqədər yaşlı uşaqlar ADAU-da olublarMəktəbəqədər yaşlı uşaqlar ADAU-da olublarMəktəbəqədər yaşlı uşaqlar ADAU-da olublarMəktəbəqədər yaşlı uşaqlar ADAU-da olublarMəktəbəqədər yaşlı uşaqlar ADAU-da olublar